\
12 Oktyabr 2024 - Şənbə

Hollandiyada tramvayda atəş açan şəxsin kimliyi açıqlanıb

Hollandiyada tramvayda atəş açan şəxsin kimliyi açıqlanıb
1649baxış

Hollandiyada tramvayda atəş açan şəxsin 37 yaşlı Türkiyə əsilli Gökman Tanis olduğu açıqlanıb.

“Report” “DHA”ya istinadən xəbər verir ki, bu barədə Niderland polisindən bildiriblər.

O, hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları G.Tanisi saxlamaq üçün əməliyyat keçirir. 

Qeyd edək ki, bu gün Hollnadiyanıən Utrext şəhərində tramvaya silahlı hücum olub. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.