Dərbənd meri: "Bakının şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik"
"Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib".
Bunu “Report”a Dərbənd şəhərinin meri Hizri Əbəkərov bildirib.
O deyib ki, Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğu göz qabağındadır: "Hər dəfə gələndə buna təəccüblənməmək olmur".
Mer köhnə “Qara şəhər” ərazisində salınmış “Bakı Ağşəhər” yaşayış kompleksi ilə tanış olduğunu söyləyib: “Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də sizin şəhərsalmadakı təcrübənizi öyrənib Dərbənddə də tətbiq etmək üçün buraya gəlmişik”.
Qonaq Azərbaycanda doğru istiqamətli siyasət yürüdüldüyünü dilə gətirib: “Səmti doğru götürmüsünüz. Bakıda hamı Prezidentdən razılıq edir, ölkədə əvvəlki və indiki vəziyyəti müqayisə edirlər. Prezident tez-tez əhali ilə görüşür, hərtərəfli kömək edir. Xalqın qeydinə qalmaq yaxşı haldır”.