\
12 Oktyabr 2024 - Şənbə

Qazaxıstan Prezidenti ölkə paytaxtının adının Nursultan adlandırılmasını təklif edib

Qazaxıstan Prezidenti ölkə paytaxtının adının Nursultan adlandırılmasını təklif edib
1352baxış

Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

"Paytaxtımız Prezidentimizin adını daşımalı və Nursultan adlanmalıdır" - deyə Tokayev deyib.

Bundan əlavə, Tokayev Nursultan Nazarbayevi dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla təltif etmək təklifini verib.

"Hesab edirəm ki, hamı Elbasının (Millətin lideri - red.) dövlətimizin ən yüksək adlarına - "Xalık Kaharmanı" (Xalq Qəhrəmanı) və "Embek Eri" (Əmək Qəhrəmanı) mükafatlarına layiq olduğu ilə razılaşar", - Tokayev söyləyib.

Tokayev həmçinin Nazarbayevə "fəxri senator" statusunun verilməsini zəruri hesab edir: "Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq".