\
12 Oktyabr 2024 - Şənbə

Dariqa Nazarbayeva Qazaxıstan parlamentinin sədri seçildi

Dariqa Nazarbayeva Qazaxıstan parlamentinin sədri seçildi
1414baxış

Qazaxısıstanın istefa vermiş prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Qazaxıstan parlamentinin sədri seçilib.

Musavat.com Tengrinews.kz saytına istinadla xəbər verir ki, Nazarbayeva palatanın deputatları arasında keçirilən gizli səsvermədə 44 iştirakçıdan 42-nin səsini alıb.

Senator Bırqan Aytimova səsvermədən öncə Dariqa Nazarbayevanın parlament rəhbəri vəzifəsinə namizədliyini alqışladığını bildirib.

Buna qədər D.Nazarbayeva baş nazirin müavini vəzifəsi ilə yanaşı, Senatın beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri vəzifəsini tuturdu.

Xatırladaq ki, bu günə qədər parlament sədri vəzifəsini tutan Qasım-Comərd Tokayev artı prezident səlahiyyətlərinin icraçısısıdır. (musavat)

Mediapress.az