\
12 Oktyabr 2024 - Şənbə

Ombudsman aparatının nümayəndələri HDQ-də olublar

Ombudsman aparatının nümayəndələri HDQ-də olublar
1444baxış

Azərbaycan Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) birgə tədbirlər planına əsasən, Ombudsman aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrində olublar.

Müdafiə Nazirliyindən Mediapress.az verilən məlumata görə, hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənovvə böyük məsləhətçi Murad Babayev matrosların sosial-məişət şəraiti ilə tanış olaraq yataqxanalara, yeməkxanalara baxış keçirib, ərzaqların saxlanma anbarlarına baş çəkiblər.

Görüşlər zamanı Ombudsman aparatının üzvləri hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və hərbi dənizçiləri maraqlandıran sualları cavablandırıblar.