\
12 Oktyabr 2024 - Şənbə

46 yaşlı müəllim dərs zamanı keçindi

46 yaşlı müəllim dərs zamanı keçindi
1442baxış

Mediapress.az xəbər verir ki, Türkiyənin Balıkesir şəhəri, Altınova Məhəlləsindəki Atatürk orta məktəbində türk dili müəllimi dərs deyən zaman qəflətən halı pisləşib. Və yerə yıxılıb. Məsləkdaşları təcili özlərini çatdıraraq, 46 yaşlı Fatih Ormançıya ilk tibbi yardım göstərməyə çalışıblar. Lakin təcili yardım gələnə kimi müəllim keçinib.

İlkin versiyaya görə, Fatih müəllim ürək çatışmazlığından vəfat edib.

F.Ormanın həyat yoldaşı da onunla eyni məktəbdə dərs deyirmiş.

Günel Ayxan