\
12 Oktyabr 2024 - Şənbə

Çindəki kimya zavodunda partlayış baş verib - VİDEO

Çindəki kimya zavodunda partlayış baş verib - VİDEO
1418baxış

Çinin şərqindəki Yançen şəhər dairəsində "Tyançzay" kimya zavodunda baş verən partlayışdan sonra 16 yerli xəstəxanaya 640 nəfər zərərçəkmiş çatdırılıb.

Bu barədə əyalət hökumətinin məlumatında bildirilir. 

Qeyd edilir ki, onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Partlayış zamanı 44 nəfər həlak olub.

Yaralılara zəruri tibbi yardım üçün əraziyə 90 tibb maşını, 3,5 min nəfər həkim cəlb edilib.  

Mediapress.az