\
12 Oktyabr 2024 - Şənbə

Nazirlik Ucardakı 3 bacıya sosial yardım ayırdı - FOTOLAR

Nazirlik Ucardakı 3 bacıya sosial yardım ayırdı - FOTOLAR
1391baxış

Mediapress.az xəbər verir ki, Ucar rayonunun Bərgüşad kəndində yaşlı üç bacıdan -Fatma, Rəfiqə və Xədicə Novruzovalardan ibarət ailənin çətin maddi durumda yaşaması barədə sosial mediada yayılan məlumatla əlaqədar nazirliyin əməkdaşları həmin ailənin yaşadığı ünvana gedərək onların vəziyyəti ilə yerindəcə tanış olublar.

Ailənin maddi vəziyyəti nəzərə alınmaqla ünvanlı sosial yardım proqramına cəlb olunması üçün elektron müraciət etməsinə texniki köməklik göstəriləçək. Həmçinin ailənin özünməşğulluğuna köməklik göstərilməsi üçün müvafiq işlərin görülməsi də nəzərdə tutulur.

Ailə üzvü, 2-ci qrup əlilliyi olan X.Novruzova səhhətində müəyyən ağırlaşmaların olduğunu bildirib. Bununla əlaqədar ona əlillik qrupunun 1-ci qrupa dəyişdirilməsi məqsədilə müvafiq göndərişin elektron sistemə daxil edilməsi üçün səhiyyə müəssisəsinə müraciət etməsi tövsiyə olunub və bu barədə aidiyyəti izahat verilib.

Bu barədə məlumatı ƏƏSMN-nin mətbuat katibi Fazil Talıbov verib.