\
12 Oktyabr 2024 - Şənbə

Ağdaşda avtomobil maneəyə çırpılıb

Ağdaşda avtomobil maneəyə çırpılıb
1411baxış

Ağdaş şəhərinin Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Mediapress.az-ın Qərb bürosunun məlumatına görə, 1959-cu il təvəllüdlü Qəbələ şəhər sakini Nuru Nuraliyev Nəsrullah oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol dairəsinə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.