\
12 Oktyabr 2024 - Şənbə

Ağcabədidə avtomobil dəmir maneəyə çırpılıb

Ağcabədidə avtomobil dəmir maneəyə çırpılıb
1423baxış

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az-ın Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.