\
12 Oktyabr 2024 - Şənbə

Norveçdə gəmi qəzası: 1300-dən çox sərnişinin evakuasiyası yekunlaşdı

Norveçdə gəmi qəzası: 1300-dən çox sərnişinin evakuasiyası yekunlaşdı
1370baxış
"Viking Sky" gəmisində xilasetmə tədbirləri yekunlaşdırılıb.
 
Qaynarinfo xəbər verir ki, bu badərə "Viking Sky"ın məxsus olduğu "Viking Ocean Cruises" şirkəti məlumat yayıb.
 
***11.28 
Norveçdə pis hava şəraiti ilə əlaqədar texniki problem yaşayan "Viking Sky" gəmisinin sərnişinlərinin evakuasiya prosesi davam etdirilir.
 
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, göyərtədəki 1378 nəfərin 300-dən çoxu artıq təxliyə edilib. Evakuasiya işinə 5 helikopter və 3 xilasetmə gəmisi cəlb edilib. Gəmilərdən biri də hava şəraiti ilə əlaqədar problem yaşayıb. Sərnişinlərdən bəzilərinin xəsarət aldığı bildirilir.