\
12 Oktyabr 2024 - Şənbə

KİV: Britaniyanın Baş naziri layihəsi qəbul olunacağı halda istefa verəcək

KİV: Britaniyanın Baş naziri layihəsi qəbul olunacağı halda istefa verəcək
1776baxış

 

Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyası sıralarındakı “Brexit” (Britaniyanın Avropa İttifaqından çıxması) tərəfdarlarına yeni vəd verib. 

Mediapress.az “TASS”a istinadən bildirir ki, bunu Birtaniya KİV-i yazıb.

Məlumata görə, hökumət başçısı deyib ki, əgər İcmalar Palatası onun layihəsini təsdiqləyərsə, onda baş nazir vəzifəsindən istefa verməyə hazırdır. 

Bildirilib ki, martın 24-də Baş nazir Çekersdəki iqamətgahında Nazirlər Kabinetinin üzvləri ilə görüşüb və onlara istefaya gedəcəyini vəd verib.

Qeyd edək ki, İcmalar Palatası yanvarın 15-i və martın 12-də T.Meyin hazırladığı layihəni təsdiqləməyib.