\
12 Oktyabr 2024 - Şənbə

Göyçayda yolu keçən iki qadını avtomobil vurub

Göyçayda yolu keçən iki qadını avtomobil vurub
1415baxış

Göyçay rayonunda iki qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.

Mediapress.az-ın Şirvan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində yerləşən Nizami küçəsində qeydə alınıb.

Həmin küçədə hərəkətdə olan minik avtomobili yolu keçən rayon sakinləri - 1981-ci il təvəllüdlü Samirə Abdurəhmanova və 2001 -ci il təvəllüdlü Nigar Aslanovanı vurub. Hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal ətrafdakıların köməkliyilə Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.