\
12 Oktyabr 2024 - Şənbə

Türkiyədə dəhşət: maşınlar qarın altında qaldı

Türkiyədə dəhşət: maşınlar qarın altında qaldı
1683baxış

Türkiyədə Van-Hakkari yolunun Gözəldərə bölgəsində qar uçqunu baş verib, yol 60-cı kilometrdən etibarən nəqliyyatın hərəkətinə bağlanıb.

Uçqun nəticəsində bəzi avtomobillər qarın altında qalıb.

Əraziyə çox sayda xilasetmə, jandarma və təcili-tibbi yardım dəstələri göndərilib. Nəqliyyat vasitələri irəliləyə bilmədiyi üçün xilasedicilər piyada hərəkət edir. Artıq yolda çarəsiz vəziyyətdə qalmış 3 qadın xilas edilərək Van xəstəxanasına çatdırılıb. (axar)

Mediapress.az