\
12 Oktyabr 2024 - Şənbə

8-ci kilometr adlanan ərazidəki "Diqlas" ticarət mərkəzi yanır

8-ci kilometr adlanan ərazidəki "Diqlas" ticarət mərkəzi yanır
1247baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə - paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək. (FHN)
Mediapress.az