\
12 Oktyabr 2024 - Şənbə

Ağdamda 13 yaşlı yeniyetməni maşın vuraraq öldürüb - YENİLƏNİB

Ağdamda 13 yaşlı yeniyetməni maşın vuraraq öldürüb - YENİLƏNİB
1429baxış

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu, Ağdam rayonunda məskunlaşmış məcburi köçkün, 2006-cı il təvəllüdlü İbrahim Məmməd oğlu Abbasovdur. O, ağır vəziyytədə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az-ın Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21099" markalı 02-BS-884 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 13 yaşlı yeniyetməni vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.