\
12 Oktyabr 2024 - Şənbə

“Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb

“Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb
1995baxış

  Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar.

“Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - yanğınsöndürənlərdən biri bildirib.

Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var. (report)

Mediapress.az