\
12 Oktyabr 2024 - Şənbə

Hacı Azadənin 55 illik yubileyi Dərbənddə qeyd olundu - FOTOLAR

Hacı Azadənin 55 illik yubileyi Dərbənddə qeyd olundu - FOTOLAR
1885baxış

Azərbaycanlı şairə, ictimai xadim, Prezident Təqaüdçüsü, "Qafqaz-Media" İctimai Birliyinin sədri, Xalq TV-nin icraçı direktor ,"Qafqaz-Media" TV-nin təsisçisi və baş direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Hacı Azadə-Taleh Abbasqızının 55 illik yubileyi Dərbənddə - Mərkəzi kitabxanada qeyd olundu.

Mədəniyyət və idman şöbəsinin müdiri Nərminə Baloğlanova, kitabxananın direktoru Diana xanım Əliyeva, "Gülüstan" Ədəbiyyatçılar İttifaqının sədri Tahir Saleh, Rusiya Yazarlar Birliyinin üzvü şairə-dramaturq Bikəxanım Əlibəyova, AzərRosun Dərbənd şöbəsinin müdiri Telman Tahirli, Dərbənd-Azərbaycan Teatrının direktoru Firdovsi Əhmədov, əməkdar artistlər Yaqut Xandadaşova, Sevda Bəybalayeva, Xalq TV-nin rəhbəri Hidayət Möhnətov, həkim-alim Natiqə İsmayılova, "Borçalı" qəzetinin şöbə müdiri Elmira Əhmədova, şair Mürvət Qədimoğlu Həkəri, jurnalistlər Mənsurə Həşimova, Jalə Əkbərova, Kamilə İbrahimova və başqaları çıxış edərək yubilyarı təbrik etdilər. Xanəndə, şairə Ziba Hüseynova və xanəndə-müğənni Sübhan Əkbərzadə oxuduqları mahnılarla tədbir iştirakçılarını feyziyab etdilər. AzərRosun Dərbənd şöbəsinin müdiri, beynəlxalq jurnalist Telman Tahirli yubilyarı xüsusi diplomla təltif etdi,k itabxananın müdiri Diana Əliyeva Dərbəndlə bağlı kitabları və qiymətli hədiyyəsini Azadə-Talehə hədiyyə etdi.

Azadə-Taleh də öz növbəsində tədbir iştirakçıkarını rəhbərlik etdiyi "Qafqaz-Media" İctimai Birliyinin "Pərixan Xatun", "Ustad Qələm Sahibi," Cəsarətli Qələm" diplomları ilə təltif etdi. Xocalı şəhidi Şöhrət Həsənova və aprel şəhidi, pilot-mayor Təbriz Musazadəyə həsr etdiyi kitablarını və yenicə bəstəkar Arif Səlimov tərəfindən hazırlanmış Azadə-Talehin sözlərinə bəstələnmiş mahnılardan ibarət diski qonaqlara hədiyyə etdi. 2014-cü ildən üzvü olduğu "Gülüstan" Ədəbiyyatçılar İttifaqının üzvlük vəsiqəsini İttifaqın sədri Tahir Saleh Xalq TV-nin rəhbəri, yazıçı Hacı Hidayət Şirvanlıya təqdim etdi. Hidayət müəllim "Xalq TV"-nin dostu diplomlarını və kitablarını tədbir iştirakçılarına hədiyyə etdi. Tədbirdən sonra Bikəxanımın təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Cümə məscidində, Narın-Qalada və Xəzər dənizinin sahilində oldular. 

55 illik yubileyiniz mübarək, Hacı-Azadə-Taleh Abbasqızı!

Mediapress.az