\
12 Oktyabr 2024 - Şənbə

YAP rəsmisi Əli Nağıyevin dediklərinə münasibət bildirib

YAP rəsmisi Əli Nağıyevin dediklərinə münasibət bildirib
1555baxış

Yeni Azərbaycan Partiyası cəmiyyətdə fəaliyyəti, dövlətə xidməti ilə tanınan bütün üzvlərinə həmişə hörmətlə yanaşıb. Bu məsələdə kimin hansı vəzifə daşımasının əhəmiyyəti yoxdur”.

Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

O, YAP-ın sabiq sədr müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin fikirlərinə münasibət bildirərkən deyib ki, müəyyən mərhələdə partiya sıralarında olan, amma sonradan fəaliyyəti ilə partiyanın adına ləkə gətirən, dövlətçiliyə xidmətdə səhvlərə yol verən insanlara həmişə prinsipial qiymət verilib: “Yeni Azərbaycan Partiyasında sədaqətli partiya üzvlərinə, Heydər Əliyev yolunun sədaqətli davamçılarına həmişə böyük hörmət olub, bundan sonra da belə olacaq”.

Xatırladaq ki, Ə.Nağıyev müsahibəsini demokrat.az saytı yayıb. O, müsahibəsində YAP üzvlərini sərt tənqid edib.

Mediapress.az