\
12 Oktyabr 2024 - Şənbə

Qazaxıstanda helikopter qəzasında 13 hərbçi ölüb

Qazaxıstanda helikopter qəzasında 13 hərbçi ölüb
1419baxış

Qazaxıstanın Qızıl Orda vilayətində Mi-8 hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçi ölüb.

Bu barədə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yerə çırpılan helikopter tamamilə yanıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də təyyarə qəzasında 13 hərbçinin həlak oldğunu bəyan edib və onların ailələrinə başsağlığı verib. Hazırda hadisə yerində xüsusi komissiya işləyir. (report)

Mediapress.az