\
12 Oktyabr 2024 - Şənbə

İlqar Məmmədovun şərti cəzası ləğv edildi

İlqar Məmmədovun şərti cəzası ləğv edildi
1365baxış

REAL partiyasının sədri İlqar Məmmədov məhkəmə qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Ali Məhkəmə İlqar Məmmədovun şərti cəzasını ləğv edib. Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında cəzası dəyişdirilib və cəza 5 il 6 ay 9 günə endirilib. Həmin müddət çəkilmiş hesab edilib.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə şərti azadlığa buraxılıb.