\
12 Oktyabr 2024 - Şənbə

Səudiyyə 3 qadın fəalı azadlığa buraxdı

Səudiyyə 3 qadın fəalı azadlığa buraxdı
1388baxış
Səudiyyə Ərəbistanında ötən il həbs edilən 3 qadın fəal azadlığa buraxılıb.
 
Mediapress.az xəbər verir ki, ötən ilin mayında qadınlara sürücülük hüququ verilməsi və qəyyumluq qanununun aradan qaldırılması üçün mübarizə aparan Rokaya Mohareb, Əzizə Əl Yusif və Eman Əl Nəfcan saxlanılmışdı. Hər 3 fəalın hazırkı vəziyyəti barədə məlumat verilmir. Onlara və ailələrinə azadlığa buraxılmaq barədə məlumat yaymamaları tapşırılıb. Qərarın müvəqqəti olduğu, məhkəmə prosesinin hələ də davam etdiyi bildirilir.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanında nümayiş və kampaniya həyata keçirmək qadağandır.