\
12 Oktyabr 2024 - Şənbə

“Diqlas”dakı yanğınla əlaqədar Komissiya yaradıldı (SİYAHI)

“Diqlas”dakı yanğınla əlaqədar Komissiya yaradıldı (SİYAHI)
1382baxış
Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar komissiyanın tərkibi təsdiq olunub. 
 
Bununla bağlı Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb. 
 
Sərəncam Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli 1067 nömrəli sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb. 
 
Komissiya aşağıdakı tərkibdə yaradılıb:
 
Komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
 
Komissiyanın üzvləri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru
Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı
 
Komissiyaya tapşırılıb ki, hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.