\
12 Oktyabr 2024 - Şənbə

"ASAN xidmət” mərkəzlərinin fasad işıqları 1 saatlıq söndürüləcək

"ASAN xidmət” mərkəzlərinin fasad işıqları 1 saatlıq söndürüləcək
1396baxış

Hər il mart ayının son şənbə günü dünyada qeyd olunan “Yer saatı” aksiyası ilə əlaqədar olaraq "ASAN xidmət” mərkəzlərinin fasad işıqları 1 saatlıq söndürüləcək.

Bu barədə Mediapress.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, aksiyaya uyğun olaraq məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir: ""ASAN xidmət” olaraq bu il də xidmət mərkəzlərinin fasad işıqlarını 1 saatlıq söndürməklə bu hərəkata qoşuluruq".