\
12 Oktyabr 2024 - Şənbə

DİM vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib

DİM vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib
1691baxış

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Mediapress.az a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytındayerləşdirilib.

İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək - 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.