\
12 Oktyabr 2024 - Şənbə

"5 "ASAN Xidmət" mərkəzi, 1 "ASAN Kommunal" mərkəzi istifadəyə veriləcək - Elnur Nİftəliyev

"5 "ASAN Xidmət" mərkəzi, 1 "ASAN Kommunal" mərkəzi istifadəyə veriləcək - Elnur Nİftəliyev
1543baxış
2019-cu ildə bölgələrdə 5 "ASAN Xidmət" mərkəzi, Bakıda isə 1 "ASAN Kommunal" mərkəzi istifadəyə veriləcək.
 
Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
 
O bildirib ki, Tovuz, Ağcabədi, Kürdəmir, Balakən və Şamaxı rayonlarında tikintisi davam etdirilən "ASAN Xidmət" mərkəzlərinin bu ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
 
Bakı şəhərində 2 "ASAN Kommunal" mərkəzinin fəaliyyət göstərdiyini xatırladan E.Niftəliyev qeyd edib ki, bu il Bakıda kommunal sahədə xidmətlər göstərən mərkəzlərin sayı 3-ə çatdırılacaq. (ona)