Aprel döyüşlərini Türkiyə mediasına çatdıran jurnalist - Ali Kan: "Şanlı bir zəfər idi!" - VİDEO - FOTOLAR
.... 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Tam 3 il... Bu böyük zəfərdən 3 il keçib. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Bu 4 günlük müharibə bütün dünyaya səs saldı! İlk dəstək, ilk təbrik əlbəttə ki qardaş ölkədən gəldi: Türkiyə! Tarix boyu Azərbaycanla qardaşlıq mücadiləsi aparan ölkə...
Bu şad xəbəri Türkiyəyə operativ şəkildə çatdıran Azərbaycan sevdalısı, tanınmış jurnalist Ali Kan oldu. Onun 4 günlük Aprel döyüşləri, həmçinin Lələtəpəyə səfəri haqda dediklərini diqqətinizə çatdırıram: