\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycan bankları "Diqlas”dakı sahibkarlara güzəşt edəcək

Azərbaycan bankları "Diqlas”dakı sahibkarlara güzəşt edəcək
1392baxış

Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara güzəşt edilməsi məsələsi "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin martın 29-da keçirilmiş iclasında müzakirə olunub.

Məlumata görə, qeyd olunan məsələ ilə əlaqədar çıxış və təkliflər dinlənildikdən sonra Assosiasiyaya üzv banklar tərəfindən iş adamlarının kreditlərinin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi və bu tədbirlərin icrasına dərhal başlanılması ilə bağlı qərar qəbul edilib. (ABA)