\
12 Oktyabr 2024 - Şənbə

Gədəbəydə 21 yaşlı gənc bıçaqlanıb

Gədəbəydə 21 yaşlı gənc bıçaqlanıb
1386baxış

Gədəbəy rayonunda 21 yaşlı gənc bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Arıqıran kəndində qeydə alınıb. 

Həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Nicad Vidadi oğlu Kazımov  döş qəfəsindən və bud nahiyəsinindən bıçaqlanıb. O, ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Onun mübahisə zəminində tanışı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.