\
12 Oktyabr 2024 - Şənbə

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub - YENİLƏNİB

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olunub - YENİLƏNİB
1445baxış

Aprelin 7-də Zaqatala stansiyasından 43 kilometr cənubda - Gürcüstan ərazisində 4,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:27-də qeydə alınıb.

Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.


***12:41

Zaqatala və Qax rayonunda zəlzələ olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 12:26-da qeydə alınıb. Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub. 

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qaxdan 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların maqnitudası 4,2, dərinliyi isə 60 km olub.  

Mediapress.az