\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycanlı musiqiçi Fransada klipə çəkilib

Azərbaycanlı musiqiçi Fransada klipə çəkilib
1399baxış

Azərbaycanlı musiqiçi Səddam Novruzbəyov Parisdə klipə çəkilib. Mediapress.az-ın Qərbi Avropa bürosu xəbər verir ki, Səddam Novruzbəyov "Clara Ysé" qrupunun bu yaxınlarda işıq üzü görmüş klipində klarnetdə ifa edib. Klipdə azərbaycanlı musiqiçi fransalı musiqiçiləri azərbaycan musiqisinə məxsüs milli çalarlarla müşayiət edir.

Bundan əlavə azərbaycanlı musiqiçi Clara Ysé qrupunun bu yaxınlarda işıq üzü görmüş CD albomunda yer almış 5 mahnısının 2-də balaban, 2-də klarnet və birində tütək ifa edir.

Xatırladaq ki, Səddam Fransanın Normandiya, Paris, Lion və digər şəhər və regionlarında keçirilən konsertlərdə özünün bacarıqlı ifası ilə azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən musiqiçilərimizdəndir.