\
12 Oktyabr 2024 - Şənbə

Polkovnik Nəcməddin Sadıkov və heyəti SƏ Kral Hərbi Hava Qüvvələrinin Əməliyyat Mərkəzini ziyarət edib

Polkovnik Nəcməddin Sadıkov və heyəti SƏ Kral Hərbi Hava Qüvvələrinin Əməliyyat Mərkəzini ziyarət edib
1647baxış

Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, N.Sadıkovla Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüş keçirilib.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mediapress.az