\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalmaqda davam edir

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalmaqda davam edir
1416baxış

Bu ilin fevral ayının yekununda Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 72 bənd təşkil edib.

Mediapress.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar ayının yekunu ilə müqayisədə 0,4 bənd, ilin əvvəli ilə müqayisədə 0,6 bənd az, ötən ilin fevral ayının yekununa nisbətən isə 7,9 bənd çoxdur.

Bu il martın 1-nə manatın real effektiv məzənnəsi isə 99,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,3 bənd, ilin əvvəli ilə müqayisədə 0,4 bənd az, illik müqayisədə isə 7,8 bənd çoxdur.