\
12 Oktyabr 2024 - Şənbə

Avstriya Macarıstan və Sloveniya ilə sərhəddə nəzarəti daha 6 ay müddətinə uzadıb

Avstriya Macarıstan və Sloveniya ilə sərhəddə nəzarəti daha 6 ay müddətinə uzadıb
1411baxış

Avstriya hökuməti Macarıstan və Sloveniya ilə sərhəddə nəzarəti daha 6 ay müddətinə - 2019-cu ilin noyabrınadək uzatmaq niyyətindədir.

Mediapress.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Herbert Kikl "Oesterreich" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avstriya hökuməti artıq bu həftə məsələ ilə bağlı Avropa Komissiyasına rəsmi bildiriş göndərməyi planlaşdırır.

DİN rəhbəri qeyd edib ki, Avstriyada sərhəd nəzarətinin ləğvinin hələ vaxtı çatmayıb.

Nazir Avstriyada qeyri-qanuni miqrantların sayının artdığını, yüksək terror təhlükəsinin davam etdiyini söyləyib. H.Kikl vurğulayıb ki, terrorçuların Yaxın Şərqdəki məğlubiyyəti Avropa üçün riskləri artırır, çünki məhv edilməyən terrorçular Avropaya gəlməyə çalışacaqlar.

Xatırladaq ki, sərhəd nəzarəti Avstriyada və bir sıra digər Aİ ölkələrində 2015-ci ildəki miqarasiya böhranının qızğın vaxtında Şengen Konvensiyasının istisna hallarda daxili sərhədlərdə sərhəd nəzarətini bərpa etməyə imkan verən maddəsinə uyğun olaraq tətbiq edilib.