\
12 Oktyabr 2024 - Şənbə

“Bayıl Arena”nın adı dəyişdirilib

“Bayıl Arena”nın adı dəyişdirilib
1443baxış

“Səbail” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, stadion bundan sonra “ASCO Arena” adlanacaq.

Bununla bağlı “Səbail” PFK, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.