\
12 Oktyabr 2024 - Şənbə

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara verilən kreditlərin məbləği 25 mln. manata yaxınlaşıb

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara verilən kreditlərin məbləği 25 mln. manata yaxınlaşıb
1350baxış

İpoteka və Kredit Zəmanət Fondu sahibkarlıq kreditlərinə zəmanətlərin və subsidiyaların verilməsi ilə bağlı bu günə qədər 13 müvəkkil bankla müvafiq müqavilələr bağlayıb, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üzrə prioritetlərin reallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən kommersiya banklarını özünün zəmanət və subsidiya alətlərindən istifadəyə cəlb olunmasına təşviq etmək üçün müvafiq tədbirlər həyata keçilib.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

“Nəticədə, Fondun zəmanəti ilə müvəkkil kredit təşkilatları tərəfindən bu günə qədər 24,7 mln. manat məbləğində sahibkarlıq kreditləri verilib. Bu kreditlər üzrə hesablanmış subsidiyanın məbləği isə 3,7 mln. manata çatıb.

Kredit zəmanət mexanizmi çərçivəsində sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, onların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını təmin etmək üçün hazırda maliyyə məhsullarının sahibkarların ehtiyaclarına uyğunlaşdırılması istiqamətində müvafiq araşdırmalar və təhlillər aparılır. Yaxın gələcəkdə mexanizmin tətbiqi ilə bağlı görülən işlərin genişləndirilməsi, digər maliyyə məhsulları ilə yanaşı sahibkarların idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumları və ödənişlərinin aparılmasına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.