\
12 Oktyabr 2024 - Şənbə

"Təqaüdlərlə bağlı texniki prosedurlar həyata keçirilir" - ƏƏSMN-nin rəsmisi Fazil Talıbov

"Təqaüdlərlə bağlı texniki prosedurlar həyata keçirilir" - ƏƏSMN-nin rəsmisi Fazil Talıbov
1987baxış

Xəbər verdiyimiz kimi, aprel ayının 1-dən etibarən ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamı ilə  əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün aylıq təqaüdü təsis edilib. 

Mediapress.az xəbər verir ki, təqaüdlərlə bağlı narahatçılıq keçirənlərin nəzərinə ƏƏSMN-nin şöbə rəhbəri Fazil Talıbov açılama verib:

"Bildiyiniz kimi, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib.

Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələ ki, verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur.
Qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur.

Ona görə də vətəndaşların diqqətinə çatdırırıq ki, onlar həmin yeni təsis olunmuş təqaüdlərini elə aprel ayından alacaqlar. Yəni əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları (o cümlədən əmək pensiyası alanlar) üçün yeni təyin olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq".