\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası 14 ölkədən 447 idmançının qatılacağı yarışda iştirak edəcək - FOTOLAR

Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası  14 ölkədən 447 idmançının qatılacağı yarışda iştirak edəcək - FOTOLAR
1400baxış

Mediapress.az xəbər verir ki, yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18 – 22 si tarixlərində Optimist və Laser sinifləri üzrə keçirləcək “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak üçün Sloveniyaya səfər edəcək.

Yelkənçilərimiz yarışlara başlamazdan əvvəl 14 – 18 aprel tarixlərində beynəlxalq səviyyəli məşqçi Draqan Gasicin rəhbərliyi ilə təlim məşqlərdə iştirak edəcəklər. 14 ölkədən 447 idmançının qatılacağı yarışlar Yelkənli İdman Federasiyasının yığma komandasının Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Azərbaycanı yarışlarda Optimist sinfi üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov, Səxavət Əzimov, Laser sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev təmsil edəcəklər.