\
12 Oktyabr 2024 - Şənbə

Səfir: "ABŞ və Azərbaycan xalqları arasında təmasları daha da artırmaq niyyətindəyik"

Səfir: "ABŞ və Azərbaycan xalqları arasında təmasları daha da artırmaq niyyətindəyik"
1357baxış

“ABŞ ilə Azərbaycan arasında bir sıra sahələrdə artıq yaxın olan münasibətləri daha da inkişaf etdirmək niyyətindəyəm”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

“Əməkdaşlığımız üçün bütün sahələr mühümdür. Hərçənd humanitar, mədəni mübadilə məsələsini xüsusi qeyd etmək istərdim. Ölkələrimiz, xalqlarımız arasındakı təmasları bundan sonra da artırmaq niyyətindəyəm”, - diplomat deyib.