\
12 Oktyabr 2024 - Şənbə

KİV: Baş nazirin davranışı hakimiyyətin zəifliyinin göstəricisidir

KİV: Baş nazirin davranışı hakimiyyətin zəifliyinin göstəricisidir
1421baxış

Ermənistanın baş naziri Nikol Paşinyanın Noraqavit gömrük-keçid məntəqəsində baş verən utandırıcı olayda iştirakı və davranışı hakimiyyətin güclü deyil, zəif olmasının göstəricisidir.

Mediapress.az xəbər verir ki, bunu “168 jam” yayıb.

Bildirilib ki, gömrüyün əməkdaşı Hayk Martirosyan işdən azad edilməsi barədə ərizə yazıb.

Qeyd edək ki, Nikol Paşinyan adıçəkilən gömrük məntəqəsində olarkən ərazinin çirkli olduğunu vurğulayaraq Dövlət Gəlirləri Komitəsinin sədri David Ananyana deyib: “Bura rüsvayedici qədər çirklidir. Mükafatları kəsin və ərazini lazımi vəziyyətə salın”. Nikol Paşinyan əməkdaşların işdən azad edilməsi barədə də göstəriş verib. Hayk Martirosyan iki ay əvvəl işə düzəlibmiş.