\
12 Oktyabr 2024 - Şənbə

İmişlidə motosikllə minik avtomobili toqquşub, xəsarət alan var

İmişlidə motosikllə minik avtomobili toqquşub, xəsarət alan var
1450baxış

İmişli rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, rayonun Qaralar kənd sakini, 1975-ci il təvəllüdlü Sərraf Knyaz oğlu Hacıyev idarə etdiyi motosikllə hərəkətdə olarkən “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə motosiklin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.