Donald Tramp qızının Dünya Bankının prezidenti olmasına çalışıb
1456
Donald Tramp ABŞ Prezidentinin müşaviri vəzifəsində işləyən qızı İvankanı əvvəllər Dünya Bankının rəhbəri vəzifəsinə təyin etdirmək istəyirmiş.
“Mediapress.az” xarici KİV-ə istinadən xəbər verir ki, “The Atlantic”ə müsahibəsində bütün övladlarını, xüsusilə də tez-tez siyasi görüşlərdə iştirak edən böyük oğlu kiçik Donald Trampı tərifləyən dövlət başçısı qızını anadangəlmə diplomat kimi qələmə verərək BMT-də böyük işlər görə biləcəyini qeyd edib.
Bununla yanaşı, İvankanın rəqəmlərdən yaxşı baş çıxartdığını qeyd edən D.Tramp onun Dünya Bankı rəhbərliyinə gətirilməsi niyyətini gizlətməyib.