\
12 Oktyabr 2024 - Şənbə

KİV: "Roma" Antonio Konte ilə danışıqlara başlayıb

KİV: "Roma" Antonio Konte ilə danışıqlara başlayıb
1361baxış

Tanınmış futbol məşqçisi Antonio Konte İtaliyanın "Roma" komandasına rəhbərlik edə bilər. 

"Report" "La Repubblica"ya istinadən xəbər verir ki, klub artıq 50 yaşlı mütəxəssislə əməkdaşlıq şərtlərinin müzakirəsi ilə bağlı əlaqə saxlayıb. 

Paytaxt təmsilçisi mart ayında Eusebio Di Françesko ilə yollarını ayırıb və komanda mövsümün sonuna kimi Klaudio Ranyeriyə həvalə olunub. 

Qeyd edək ki, Konte ötən mövsümün sonunda İngiltərənin “Çelsi” komandasından ayrılıb.