\
12 Oktyabr 2024 - Şənbə

Göyçayda iki avtomobil toqquşub, yaralılar var

Göyçayda iki avtomobil toqquşub, yaralılar var
1679baxış

Göyçay rayonunda yol qəzası baş verib. 

Mediapress.az-ın Şirvan bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Göyçay-Lək avtomobil yolunda qeydə alınıb. 

Belə ki, Göyçay rayonunun Bığır kənd sakini Şəmsəddin Kərimovun idarə etdiyi minik avtomobili qarşıdan gələn 44 yaşlı Kamran Məmmədovun idarə etdiyi minik maşını ilə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.