\
12 Oktyabr 2024 - Şənbə

"Qarabağ"ın 7 futbolçusu turun rəmzi komandasına düşüb

"Qarabağ"ın 7 futbolçusu turun rəmzi komandasına düşüb
1422baxış

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunun rəmzi komandası açıqlanıb.

Mediapress.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən, “11-liy”ə “Qarabağ”dan 7, “Qəbələ” və “Zirə”nin hər birindən 2 futbolçu düşüb.

Qapıçı: Vaqner da Silva (“Qarabağ”) - 3

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”) - 6, Rəşad Sadıqov (“Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Zirə”) - 2, İlkin Qırtımov (“Zirə”) - 4

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) - 8, Riçard Almeyda (“Qarabağ”) - 4, Markos Madera (“Qarabağ”) - 5, Davit Volkovi (“Qəbələ”) - 2

Hücumçular: Mahir Mədətov (“Qarabağ”) - 7, Ceyms Adeniyi (“Qəbələ”) - 7

Həftənin oyunçusu isə “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda seçilib. Millinin üzvü “Sabah”a qarşı görüşdə 79 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. “Qarabağ” son turda “Sabah”ı 3 cavabsız qolla məğlub edərək vahid lider olub.