\
12 Oktyabr 2024 - Şənbə

Prokuror dostunu öldürən şəxsə cəza istəyib

Prokuror dostunu öldürən şəxsə cəza istəyib
1423baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

İttiham aktına əsasən, B.Əhmədov dostu Fikrət Salmanovu bıçala qətlə yetirib. Onların arasında mübahisə B.Əhmədovun ona "polisə arxada oturan qızın arvadın olduğunu deyərsən" sözündən sonra olub. B.Əhmədov buna etiraz edən zaman F.Salmanov "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə B.Əhmədov dostunu öldürüb.

B.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.