\
12 Oktyabr 2024 - Şənbə

DTX və XKX millət vəkilini medalla təltif etdi - FOTOLAR

DTX və XKX millət vəkilini medalla təltif etdi - FOTOLAR
2583baxış

Mediapress.az xəbər verir ki, Milli Məclisin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illik yubiley medal ilə təltif edilib. Bu barədə millət vəkili sosial şəbəkələrdəki səhifələrində paylaşım edib:

"Bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illik yubiley medal ilə təltif edildim. Məni bu medala layiq gördükləri üçün təhlükəsizliyimizin qorunmasında əvəzsiz xidmətlər göstərən DTX və XKX rəhbərlərinə və əməkdaşlarına təşəkkür edir, onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm!"