\
12 Oktyabr 2024 - Şənbə

"Araz market"in Bərdə filialının müdiri "Topaz"a görə intihar edib? - "Araz minimarket"in rəsmisi: "Səbəblər araşdırıldıqdan sonra bəlli olacaq"

"Araz market"in Bərdə filialının müdiri "Topaz"a görə intihar edib? - "Araz minimarket"in rəsmisi: "Səbəblər araşdırıldıqdan sonra bəlli olacaq"
1333baxış
Bərdə şəhərində "Araz minimarket" filialının müdiri İsgəndərov Tofiq İlham oğlunun intiharının səbəbi məlum olub.
 
Tofiq İsgəndərovun yaxınlarının repost-az-a verdiyi eksklüziv məlumata görə, onun marketlər şəbəkəsinə 12 min manat borcu olub. 3 min manatını qaytara bilsə də, 9 min borclu qalıb. Ona borcun qaytarılması üçün aprelin 15-dək vaxt verilib. 
 
Lakin o, marketin pulunu TOPAZ-da uduzduğundan borcunu ödəyə bilməyib. Çıxış yolunu isə özünü öldürməkdə görüb.
 
Faktla əlaqədar "Araz" marketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova Mediapress.az-a açıqlama verdi:
- Bərdə şəhərində “Araz minimarket” filialının müdiri İsgəndərov Tofiq İlham oğlu özünü evində asaraq intihar edib. Baş verən olayla bağlı dərindən kədərlənirik, şirkət rəhbərliyi adından dünyasını dəyişən əməkdaşımızın ailə üzvlərinə baş sağlığı veririk. Hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Hazırda hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır, hadisənin əsl səbəbləri araşdırmadan sonra məlum olacaqdır. Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015 -cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı.