\
12 Oktyabr 2024 - Şənbə

Hemofiliyaya dair dövlət nümayəndələri ilə konfrans keçirildi - FOTOLAR

Hemofiliyaya dair dövlət nümayəndələri ilə konfrans keçirildi - FOTOLAR
1585baxış

Mediapress.az xəbər verir ki, hər il olduğu kimi bu ildə hemofiliyalı uşaq və gənclərin, Milli Məclisin deputatları, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Azərbaycan Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının rəhbərliyi, və KİV nümayəndələrinin iştirakı ilə “17 Aprel - Hemofiliya Günü”nü yaddaşlarda saxlamaq üçün, cəmiyyətin diqqətini bu problemə yönəltmək məqsədi ilə təntənəli Konfrans keçirilmişdir.
Konfransda hemofiliyanın müalicəsi haqqında çıxışlar, hemofiliyanın müasir müalicə metodları və gələcək perspektivlər haqqında mühazirələr oldu.
Sonda panel debatlar keçirildi. Debatlarda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hemofiliyalı üzvləri tərəfindən dövlət strukturlarının nümayəndələri müxtəlif suallar ətrafında müzakirələrdə iştirak etdi.
Hemofiliyalı vətəndaşlar arasında əlilliyin qarşısının alınması üçün tədbirlərin həyata keçrilməsi, faktor preparatlarının kifayət qədər olması, gənc hemofiliyalı vətəndaşların gənclər təşkilatlarına inteqrasiyası, hemofiliyalı uşaqların sosial müavinatlar haqqında mövzuları ətrafında gərgin debatlar öz yerini almışdır. 
2006-ci ildən cənab Prezident İlham Əliyevin imzaladağı “Hemofiliya xəstəliyinə düçar olmuş şəxslərə Dövlət qayğısı haqqında Qanun” çərçivəsində və vitse-prezident xanım Mehriban Əliyevanın diqqəti nəticəsi olaraq Azərbaycan Hökuməti irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımıza yetərincə qayğı göstərir hemofiliyalı vətəndaşlarımız mənəvi dəstək alır və sağlam həyat tərzi yaşayırlar.
Qeyd etmək istəyirik ki, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hemofiliya Federasiyası 17 aprel tarixini Dünya Hemofiliya Günü elan etdiyi üçün Azərbaycanda 17 Aprel Günü 1999-cu ildən qeyd edilir.
Xatırladaq ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 1997-ci ildən hemofiliyalı uşaqlarımıza mənəvi dəstək, onlara qan və onun komponentləri ilə yardım məqsədi ilə yaradılmışdır.
Hökumətin dəstəyi olduqdan sonra uşaqlarımız yüksək keyfiyyətli dərman preparatları ilə müalicə alır və sağlam yaşayırlar. Onlar təhsil alır, işləyir və ailə qururlar.

Könül Aypara