\
12 Oktyabr 2024 - Şənbə

Tramp yayda Yaponiya imperatorunun qonağı olacaq

Tramp yayda Yaponiya imperatorunun qonağı olacaq
1394baxış

ABŞ prezidenti Donald Tramp 26-28 may tarixlərində Yaponiyaya dövlət səfəri edəcək.

Bu barədə cümə günü Yaponiya hökuməti məlumat yayıb.

Söhbət dövlət səviyyəsində səfərdən getdiyindən, Tramp imperator ailəsinin qonağı olacaq. O, yeni imperator Naruxito ilə görüşəcək ilk xarici lider olacaq.

Amerika prezidenti səfər zamanı Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqlar aparacaq.